- 1 Oktyabr 23:02
Qırğızıstan prezidenti Sadır Japarov respublikada xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagozov məlumat verib.
“Prezident uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən sərt cəzaları nəzərdə tutan qanunvericilik layihəsini hazırlamağı tapşırıb. Xüsusilə, uşaqların zorlanmasına, eləcə də qadınların zorlanaraq qətlə yetirilməsinə görə ölüm cəzasının tətbiqi haqqında norma nəzərdə tutulur", - mətbuat katibi bildirib.
Humay Eminqızı