- 23:02
Filippində 6,9 bal gücündə zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Palompon bölgəsindən təxminən 10 kilometr qərbdə və Kalape bölgəsinin sahillərində baş verib.
Təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İlkin məlumatlara görə təbii fəlakət nəticəsində 1 i uşaq olmaqla 5 nəfər həyatını itirib.
Zəlzələ nəticəsində ölkə üzrə ölənlərin sayı isə 61 nəfərə çatıb.
Humay Eminqızı