- 23:02
Ötən ay Gürcüstanın miqrasiya qanunlarını pozaraq ölkədə yaşayan 107 əcnəbini deportasiya edilib
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.
Məlumata görə, ölkə Azərbaycan, Banqladeş, Misir, Hindistan, İordaniya, İran, Kamerun, Myanma, Nepal, Nigeriya, Pakistan, Rusiya, Suriya, Sudan, Türkiyə və Efiopiyadan olan vətəndaşları deportasiya edilib.
Cari ilin doqquz ayı ərzində Gürcüstandan 852 qanunsuz miqrant deportasiya olunub.
DİN-in məlumatına görə, cari ilin iyun ayında parlament tərəfindən qəbul edilmiş miqrasiya qanunvericiliyinə dəyişikliklər 1 oktyabr tarixindən qüvvəyə minir. Yeni dəyişikliklər qanunsuz miqrasiyaya qarşı mübarizəni daha da gücləndirəcək.
Dəyişikliklərə əsasən, Gürcüstanda qalma müddətini pozan əcnəbilər 1 000-dən 3 000 lariyə qədər məbləğdə cərimə olunacaqlar.
Humay Eminqızı