- 23:02
Ukraynanın Odessa şəhərində baş verən güclü yağış nəticəsində 9 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yağışlar zamanı zirzəmidə yaşayan bir ailənin 5 üzvünün cəsədi aşkar edilib.
Ailə zirzəmidə yaşadığına görə evdən çıxa bilməyiblər.
Digər bölgələrdə isə dörd nəfərin meyiti aşkarlanıb.
Onlarla minik avtomobili və sərnişin avtobusundan insanlar xilas edilib.
Humay Eminqızı