- 23:02
Almaniya hökuməti İsrailə 2,46 milyon avro dəyərində silah göndərilməsinə icazə verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Alman hökuməti bunun əvvəllər təsdiqlənmiş ixracatın çox kiçik bir hissəsini təşkil etdiyini açıqlayıb.
İsrailin avqustun 8-də Qəzza zolağında əməliyyatları gücləndirmək qərarından sonra baş nazir Fridrix Merz Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırdığını açıqlayıb.
Millət vəkili Lea Reisner hökuməti bu addımına görə sərt şəkildə tənqid edib.
Qeyd edək ki, Almaniyada silah ixracı ölkənin İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərarlaşdırılır.
Xüsusilə həssas hallarda baş nazir və digər nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası da bu qərarları verə bilər.
Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilməyib.
Humay Eminqızı