- 1 Oktyabr 23:02
Avstraliyalı tədqiqatçılar epilepsiya xəstəliyi olan uşaqlarda kiçik beyin qüsurlarını aşkar edə bilən süni intellekt texnologiyası hazırlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu texnologiya cərrahi prosedurlara daha sürətli çıxış imkanı verə bilər.
Beyindəki bəzi lezyonlar MRT görüntülərdə aşkar edilməyə bilir.
Tədqiqatçılar uşaq beyninin görüntüləri üzərində süni intellekt modelini təlimləndirərək, daha kiçik lezyonları aşkarlamağı bacarıb.
Həkimlərin sözlərinə görə, bu yenilik müalicə prosesini sürətləndirir.
Araşdırmada daha əvvəl MRT nəticələri normal kimi qiymətləndirilmiş bu uşaqların 80 faizində əslində gizli lezyonların olduğu müəyyən edilib.
Süni intellekt aləti bir test qrupunda 94 faiz, digərində isə 91 faiz uğur əldə edib.
İlk qrupdakı 17 uşaqdan 12-si əməliyyat olunub və onlardan 11-i artıq sağlam həyat sürür.
Humay Eminqızı