Çinli fenomen canlı yayımda öldü


  • 17:32

Çinli fenomen Tang Feiji canlı yayım zamanı dünyasını dəyişib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Douyin” platformunda canlı yayım açan 55 yaşlı Tang Feiji Jiange bölgəsində uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Hava nəqliyyat vasitəsinin alovlandığı anlar canlı yayımda izlənilib.

Feijinin heç bir təhlükəsizlik tədbirlərinə əməl etmədiyi açıqlanıb.

Qəzanın səbəbi ilə bağlı istintaq başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər