Qəzzada ölənlərin sayı açıqlandı


  • 1 Oktyabr 17:40

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 51 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 180 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 66 min 148 nəfərə, yaralı sayı isə 168 min 716 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər