- 2 Oktyabr 23:46
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara yanaşmasını dəyişir, tədricən məhdudiyyətlər əvəzinə daha radikal tədbirlər hazırlanır.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen bildirib.
"Rusiyaya təzyiqləri daha da artırmağın vaxtı çatıb. Biz artıq mərhələli sanksiyalar deyil, enerji, maliyyə xidmətləri və ticarət sahəsində daha sərt tədbirlər təklif edirik ”, - von der Leyen bildirib.
O əlavə edib ki, daha sərt sanksiyalar artıq müzakirə olunan 19-cu sanksiyalar paketinə daxildir.
Bildirilib ki, paket ABŞ ilə razılaşdırılaraq hazırlanıb və yaxın vaxtlarda onun qəbulu planlaşdırılır.
Sanksiyalarda nəzərdə tutulan əsas məqamlar Rusiya neftinin qiymət tavanının bir barel üçün 47,6 dollara endirilməsidir. Bundan başqa "Mir" ödəniş sisteminin fəaliyyətinin məhdudlaşdırılması, bəzi filizlərin, metalların, kimyəvi maddələrin və duzların ixracının qadağan edilməsidir. Həmçinin Rusiya ordusu ilə əməkdaşlıq edən 45 rus və xarici şirkətə qarşı sanksiyalar da nəzərdə tutulub.
Bundan əlavə, Aİ 2027-ci ilə qədər Rusiya mənşəli mayeləşdirilmiş təbii qazdan tamamilə imtina etməyi və Kremlə sanksiyaları pozmaqda yardım edən üçüncü ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır.
Humay Eminqızı