- 2 Oktyabr 23:46
Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Erciş rayonunda şagirdləri daşıyan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.
Qəzada yaralananlar Erciş və Muradiyə rayonlarındakı xəstəxanalara çatdırılıb.
Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Humay Eminqızı