- 2 Oktyabr 23:46
Ukrayna qoşunları Krasnoarmeysk şəhərini təslim etməyə hazırlaşır.
E-huquq.az xəbər verir ki, bu barədə TASS-a “Skala” bölməsinin əsir düşmüş hərbçisi Mixail Çelenko məlumat verib.
"Şəhər təslim edilməyə hazırlanır, çünki orada artıq döyüşəcək adam qalmayıb. Səkkiz nəfərlik qrupumuzdan yalnız mən sağ qalmışam", - deyə Çelenko bildirib.
Qeyd edək ki, Çelenko Krasnoarmeysk yaxınlığında bir qrup ukraynalı əsgər rus qoşunları tərəfindən mühasirəyə alındıqda təslim olub. Onun məcburi cəbhəyə göndərildiyi bildirilib.
Humay Eminqızı