Kilsə tikintisi zamanı bədbəxt hadisə: 30 nəfər ölüb


  • 2 Oktyabr 10:21

Efiopiyada kilsə tikintisi zamanı bədbəxt hadisə baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyanın Amhara əyalətinin Minjar Şenkora şəhərində kilsə tikintisi zamanı çoxlu sayda insanın olduğu taxta iskele uçub.

Rayon polisinin baş müfəttişi Əhməd Gebeyehu bildirib ki, hadisə nəticəsində 30-dan çox adam ölüb, 200-dən çox insan yaralanıb.

Gebeyehu yaralıların ən yaxın xəstəxanalara çatdırıldığını bildirib.

Ölənlərin sayının artacağı istsina edilmir.

Arerti Xəstəxanasının baş həkimi Siyoum Altaye bildirib ki, xəstəxana işçiləri və Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində zərərçəkənlərə yardım edilir.

Humay Eminqızı

Oxşar xəbərlər