- 2 Oktyabr 23:46
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı araşdırmalar zamanı 15 şübhəlinin terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib.
Onlardan bəzilərinin terror təşkilatın təbliğatını apardığı məlum olub.
Əməliyyat zamanı şübhəlilərdən 13-ü saxlnılıb.
Digərlərinin axtarışları isə davam edir.
Humay Eminqızı