"Bualoi" qasırğasının qurbanlarının sayı artmaqda davam edir


  • 2 Oktyabr 10:34

Cənub-Şərqi Asiyada “Bualoi” qasırğasının qurbanlarının sayı artmaqda davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa nəticəsində indiyədək Tailand, Vyetnam və Filippində 53 nəfər ölüb.

Tailand Fövqəladə Hallar Departamentinin (DDPM) hesabatında daşqınlar, su basması və torpaq sürüşmələrinin 17 əyalətdə 82 min ev təsərrüfatına və 270 mindən çox insana zərər vurduğu qeyd olunub.

Tailand Meteorologiya Xidməti güclü yağışların davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Açıqlamada sel və torpaq sürüşmələrinin təkrarlanma ehtimalı vurğulanıb.

Hazırda “Bualoi” qasırğası Vyetnamın paytaxtı Hanoy da daxil olmaqla ölkənin şimal bölgələrində ciddi fəsadlar törədib.

Evlərin su altında qaldığı və nəqliyyat sistemi iflis vəziyyətə düşüb.

Rəsmilər qasırğa nəticəsində 26 nəfərin öldüyünü, 22 nəfərin hələ də itkin düşdüyünü bildirib.

Filippində isə qasırğanın gətirdiyi şiddətli yağışlar nəticəsində ölənlərin sayı 19-a, yaralıların sayı isə 88-ə çatıb.

Rəsmilər həmçinin 21 nəfərin itkin düşdüyünü, 100 mindən çox evə ziyan dəydiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər