Məzmuna keç

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Filippinin Sebu əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 294 nəfər xəsarət alıb.

Təxminən 20 000 nəfər yaşadığı evi tərk edib.

Humay Eminqızı