- 2 Oktyabr 23:46
ABŞ-nin Energetika Nazirliyi pula qənaət etmək məqsədilə 7,56 milyard dollar dəyərində 223 layihənin maliyyəsini kəsib.
E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
"Energetika Nazirliyi fəaliyyətə başladığı ilk gündən milyardlarla dollar dəyərində olan maliyyə dəstəyinin yenidən nəzərdən keçirilməsi üzrə ən vacib vəzifənin icrasına başlayıb. Maliyyələşdirmə ilə bağlı qərarların əhəmiyyətli hissəsi ABŞ-nin sabiq prezidenti Co Baydenin dövründə müvafiq sənədlər olmadan qəbul edilib", - energetika naziri Kris Rayt bildirib.
Nazirlik belə qənaətə gəlib ki, həmin təşəbbüslər ABŞ-nin iqtisadi, enerji və milli təhlükəsizlik standartlarına uyğun gəlmir, ölkənin aktual ekoloji problemlərinin həllinə töhfə vermir və amerikalı vergiödəyicilərinin pullarının boş yerə xərclənməsidir.
Humay Eminqızı