ABŞ-də 2 sərnişin təyyarəsi toqquşub


  • 2 Oktyabr 11:23

ABŞ-də “Delta Air Lines” şirkətinə məxsus 2 sərnişin təyyarəsi toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, insident 1 oktyabr tarixində Nyu-Yorkdakı La-Quardiya hava limanında baş verib.

Aviaşirkətin açıqlamasına görə, Virciniya ştatının Roanok şəhərinə uçuşa hazırlaşan təyyarənin qanadı, Şimali Karolinanın Şarlott şəhərindən gələn digər təyyarənin gövdəsinə toxunub.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Humay Eminqızı

Oxşar xəbərlər