Çernobıl Atom Elektrik Stansiyasında elektrik kəsilib


  • 2 Oktyabr 11:41

Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində Çernobıl Atom Elektrik Stansiyasında bir neçə saat elektrik enerjisi kəsilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda rusların Kiyev bölgəsindəki Slavutiç Elektrik Stansiyasına pilotsuz təyyarə ilə hücum təşkil etdiyi bildirilib.

Hücum nəticəsində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Çernobıl Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib.

Ukrayna prezidenti Vladimir Zelenski elektrik enerjisinin kəsilməsinin üç saatdan çox davam etdiyini bildirib.

Ukraynada Rusiyanın hərbi nəzarəti altında olan Zaporojya Atom Elektrik Stansiyasının səkkiz gündür elektriksiz qaldığını qeyd edən Zelenski, rusların hələ də problemin həlli üçün heç bir addım atmadığını söyləyib.

Humay Eminqızı

Oxşar xəbərlər