Türkiyədə yük maşını 15 avtomobilə çırpılıb, yaralılar var


  • 2 Oktyabr 11:46

Türkiyənin Malatya şəhərində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, Malatyanın Yeşilyurt rayonunda əyləci xarab yük maşını idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanmış 15 avtomobilə çırpılıb.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım əməkdaşları göndərilib.

Qəzada yaralanan 3 nəfər təcili yardım maşını ilə Malatya Xəstəxanasına çatdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər