Hollandiya Qəzzaya 25 milyon avro dəyərində yardım edəcək


  • 2 Oktyabr 12:32

Hollandiya Qəzzaya əlavə 25 milyon avro dəyərində humanitar və tibbi yardım edəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə tibbi yardıma ehtiyacı olan məhdud sayda uşağı müalicə üçün qəbul edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hazırda təxliyə növbəsi siyahısında 15,600 xəstə var ki, onların da təxminən 3,800-ü uşaqdır.

Maliyyələşdirmə ilk növbədə ÜST-ə, həmçinin Qəzzada çalışan beynəlxalq təşkilatlara və QHT-lərə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi, UNICEF, Hollandiya Qırmızı Xaç kimi təşkilatlara yönəldiləcək.

Humay Eminqızı

Oxşar xəbərlər