- 2 Oktyabr 23:46
Rusiyanın Şeremetyevo hava limanında iki təyyarənin toqquşduğu qəza ilə bağlı cinayət işi açılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi üzrə (hava nəqliyyatında təhlükəsizlik qaydalarını pozma) cinayət işi açılıb.
İstintaqın müəyyən etdiyinə görə, 24 sentyabr tarixində Şeremetyevo Beynəlxalq Hava Limanının uçuşa hazırlıq məqsədilə ilkin start xəttinə doğru hərəkət edərkən Airbus təyyarəsi sağ qanadının ucu ilə "Suxoy Superjet" təyyarəsinin quyruq hissəsinə toxunub.
Toqquşma nəticəsində “Suxoy Superjet” təyyarəsinə 1 milyon rubldan artıq məbləğdə ziyan dəyib.
Humay Eminqızı