- 2 Oktyabr 23:46
İngiltərənin Mançester şəhərində sinaqoqa hücum zamanı 2 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
İngiltərənin Mançester şəhərində sinaqoqa hücum edilib.
E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, insident nəticəsində 4 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomobilini insanların üzərinə sürüb, daha sonra isə onlara bıçaqla hücum edib.
Mançester şəhərinin meri Endi Burnham bildirib ki, təhlükə ehtimalı yoxdur.
Hadisə yerində araşdırma davam edir.
Qeyd edək ki, yəhudilər bu gün müqəddəs Yom Kippur gününü qeyd edir.
Humay Eminqızı