İtaliyada yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb


  • 2 Oktyabr 22:48

İtaliyanın şimalındakı Qrosseto əyalətində Aurelia şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, yük maşını ilə asiyalı turistləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar Siena, Qrosseto və Florensiyadakı xəstəxanalara çatdırılıb.

Qəzadan sonra ölkənin şimal istiqamətində dövlət əhəmiyyətli avtomobil yolu bir müddət bağlanıb.

Oxşar xəbərlər