İran və Türkiyənin müdafiə nazirləri sərhəd təhlükəsizliyini müzakirə etdilər


  • 2 Oktyabr 23:20

İranın müdafiə naziri, general Əziz Nəsirzadə çərşənbə günü axşam Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

E-huquq.az xəbər verir ki, qarşılanma mərasimindən sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Nəsirzadə bölgədə baş verən son hadisələri şərh edərək, İsrailin dəfələrlə Qəzzaya, Livana, Yəmənə və Suriyaya, hətta Qətərə də hücumlar etdiyini qeyd edib: “Yuxarıda qeyd olunanlar, günahsız insanların qətlə yetirilməsi uşaq qatili İsrailin işğalçılıq ambisiyalarından xəbər verir".

İranın müdafiə naziri əlavə edib ki, bu gün regionun bütün ölkələri İsrailin cinayətlərini pisləmək və onlara qarşı mübarizə aparmaq zərurətində həmfikirdirlər. O, iki ölkə arasında əlaqələrin səviyyəsinin yüksəldilməsində hərbi əməkdaşlığın gücləndirilməsinin rolunu vurğulayaraq Türkiyə müdafiə nazirini Tehrana səfərə dəvət edib. İranlı nazir həmçinin İran və Türkiyəni “müxtəlif regional, beynəlxalq və islami məsələlərdə təsirli ölkələr” adlandırıb və əlavə edib ki, “iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması həm də hərbi əlaqələrin güclənməsinə səbəb olacaq”.

"Ankaraya səfər həm də Türkiyə ilə 500 kilometrlik sərhədimizin sabitliyinə və təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasında müdafiə və hərbi əlaqələrin gücləndirilməsinə ehtiyac var və bu səfər məhz bu məqsədlə həyata keçirilir", - general Nəsirzadə qeyd edib.

Türkiyənin müdafiə naziri öz növbəsində İranın müdafiə nazirinin Ankaraya səfərinin əhəmiyyətini qeyd edərək, bunu iki ölkə arasında müxtəlif sahələrdə sıx əlaqələrin bariz göstəricisi hesab edib. “Regiondan kənarda bəzi hökumətlərin göstərişi ilə qeyri-sabitlik və etibarsızlıq yaratmağa çalışan terrorçu qrupların bölgədə olmasını” əsas gətirən general Gülər Tüqrkiyənin terrorla mübarizədə və regionda təhlükəsizliyin yaradılmasında əməkdaşlığa hazır olduğunu bildirib.

O həmçinin vurğulayıb ki, İran Türkiyənin təhlükəsizliyini özününkü hesab etdiyi kimi, Türkiyə də, xüsusən də ümumi sərhədlərimiz boyunca təhlükəsizliyin artırılması üçün hər cür səy göstərəcək.

Oxşar xəbərlər