- 14:09
Norveçin Rusiya Federasiyasının Murmansk vilayəti ilə həmsərhəd olan Finnmark bölgəsində keçirilən təlimlər zamanı itkin düşən 5 norveçli hərbçi tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “TV2” telekanalı məlumat yayıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, hərbiçilər 2 oktyabr tarixində itkin düşmüşdülər.
Əməliyyat qrupunun rəhbəri Haukland Hansen bildirib ki, ilkin olaraq 10 əsgər itkin düşüb, onlardan 5-i axtarış əməliyyatı zamanı tapılıb.
Humay Eminqızı