İzmirdə güclü yanğın başlayıb


  • 13:21

Türkiyənin İzmir şəhərində anbarda yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Refik Tulqa küçəsində yerləşən plastik məmulatların saxlanıldığı anbarda naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.

Qruplar yanğının ətrafdakı yaşayış məntəqələrinə keçməsinin qarşısını almağa çalışır.

Humay Eminqızı

Oxşar xəbərlər