Hindistanda dini ayin zamanı 11 nəfər boğularaq ölüb


  • 13:53

Hindistanın Madhya Pradeş ştatında keçirilən "Durqa Puja" bayramı zamanı 11 nəfər boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Pandxal şəhəri yaxınlığındakı ərazidə, Durqa ilahəsinin heykəlinin suya batırılması mərasimi zamanı insanların mindiyi traktor qoşqusu aşaraq suya düşüb.

Hadisə nəticəsində xeyli sayda insan xəsarət alıb.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.

Humay Eminqızı

Oxşar xəbərlər