"Bu, milli təhlükəsizliyimizə təhdiddir" - Nazir


  • 14:09

Venesuelanın Karib dənizi sahilləri yaxınlığında 5-dən çox döyüş təyyarəsi aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez deyib.

Naziri Karib dənizində gəmilərin yaxından izləndiyini bildirib.

O, hava məkanında bu təyyarələrin mövcudluğunu təxribat və milli təhlükəsizliyə təhdid kimi xarakterizə qiymətləndirib.

"ABŞ hökumətinin Venesuela xalqına qarşı hərbi təqiblərini və hərbi təhdidlərini dünya qarşısında qınayıram. Bu, təxribatdan başqa bir şey deyil" - deyə nazir əlavə edib.

Lopez həmçinin ABŞ-nin hücum edəcəyi təqdirdə səfərbərlik elan edəcəklərini vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər