Məzmuna keç

Rusiyada təyyarə sərt eniş edib, 1 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətinin cənubunda An-2 təyyarəsi sərt eniş edib.

E-huquq.az xəbər verir ki, bu barədə TASS regionun operativ xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarədə 2 nəfər olub.

Onlardan biri həyatını itirib.

Hadisə yerli vaxtla 17:00 radələrində baş verib.

Qəzanın səbəbləri araşdırılır.

Humay Eminqızı