Qəzzada ölənlərin sayı 66 min 288 nəfərə çatıb


  • 3 Oktyabr 2025 16:23

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 63 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata gğrə, hücumlar zamanı son 24 saatda 227 nəfər müxtəlif dərəəcəli xəsarətlər alıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 66 min 288 nəfərə, yaralı sayı isə 169 min 165 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər