Alimlər yeni formalaşan planetin sürətlə böyüdüyünü müəyyən edib


  • 16:49

Alimlər yeni formalaşan planetin sürətlə böyüdüyünü müəyyən edib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanası məlumat yayıb.

Tədqiqatçılar Yerdən təqribən 620 işıq ili uzaqlıqda yerləşən və heç bir ulduzun ətrafında fırlanmayan kosmosda sərbəst hərəkət edən göy cismi üzərində araşdırma aparıblar. Teleskopla əldə edilən məlumatları təhlil edən tədqiqatçılar, "Ça 1107-7626" adlandırılan və Yupiterdən 5-10 dəfə böyük olan planetin ətrafına qaz və toz yığınları topladığını müəyyən edib.

Alimlər göy cisminin avqust ayı ərzində saniyədə 6 milyard ton sürətlə böyüdüyünü müşahidə edib.

Bu artım tempinin qeydə alınmış ən yüksək göstərici olduğu bildirilir. Həmçinin vurğulanıb ki, planetin böyümə sürəti sabit qalmayıb, kütlə sürəti cəmi bir neçə ay ərzində səkkiz dəfə artıb.

Araşdırmanın nəticələri The Astrophysical Journal Letters-də dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər