- 16:49
Ukrayna prezidenti Volodimir Zelenski Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedi ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabında paylaşım edib.
“Mən prezidenti şəxsən görüşmək və hər şeyi daha ətraflı müzakirə etmək üçün Ukraynaya gəlməyə dəvət etdim”, - Zelenski bildirib.
Oş həmçinin Ukrayna ilə həmrəyliyinə görə KDR prezidentinə təşəkkür edib.
Bundan başqa, prezidentlər müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Humay Eminqızı