Gürcüstan MSK: Seçici fəallığı 7%-dən çoxdur - YENİLƏNDİ


  • 11:12

Saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 7,85% təşkil edir.

E-huquq.az xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Artıq 275 948 seçici səsvermə hüququndan istifadə edib.

Seçicilərin ən yüksək fəallığı Raça-Leçxumi bölgəsində qeydə alınıb.

Səsvermə prosesinin bütün ölkə üzrə dinc şəraitdə, qanun pozuntusu olmadan keçirildiyi vurğulanıb.

***

09.11

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

E-huquq.az xəbər verir ki, səhər saat 08:00-da ölkə üzrə 3 061 seçki məntəqəsi açılıb.

Onlardan 2 284-ü elektron, 777-si isə ənənəvi qaydada fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir.

64 bələdiyyə şurasının 2 058 üzvü və 64 merin seçiləcəyi seçki prosesini 28 beynəlxalq və 27 yerli müşahidə təşkilatı izləyəcək. Həmçinin 73 media qurumu minə yaxın nümayəndə ilə prosesi işıqlandıracaq.

Səsvermə saat 20:00-da başa çatacaq.

Oxşar xəbərlər