- 16:32
İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 66 nəfər fələstinli ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 66 ölü və 265 yaralı daxil olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 67 074 nəfər ölüb, 169 430 nəfər yaralanıb.