Hindistanda torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb


  • 6 Oktyabr 09:46

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində güclü yağışlar, məşhur turizm bölgəsi Darjeelingdə torpaq sürüşmələri nəticəsində azı 23 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, güclü yağışlar son on ildə regionda ən şiddətli sürüşmələrdən birinə səbəb olub.

Təbii fəlakət bir çox kəndlərə ziyan vurub, əsas yolları bağlayıb.

Bölgədə xilasetmə işləri davam edir.

Meteoroloqlar yaxın günlərdə Qərbi Benqaliyanın dağlıq bölgələrində daha çox sürüşmə və daşqın riski ilə bağlı xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər