- 09:26
Türkiyənin Antalya şəhərində mənzildə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antalyanın Alanya rayonunda 4 mərtəbəli binanın üçüncü mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər göndərilib.
Mənzilə daxil olan qruplar əlil olduğu bildirilən 72 yaşlı Əli D.-nin öldüyünü müəyyən edib.
Onun həyatı yoldaşı isə təcili yardımla xəstəxanaya aparılıb.
Polis yanğınla bağlı araşdırmalara başlayıb.
Humay Eminqızı