Hindistanda xəstəxanada yanğın: 8 nəfər ölüb


  • 6 Oktyabr 11:03

Hindistanın Racastan əyalətinin Jaipur şəhərində "Sawai Man Singh" xəstəxanasında dünən gecə saatlarında güclü yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Indian Eхpress” məlumat yayıb.

Yanğın xəstəxananın reanimasiya şöbəsində baş verib.

Hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 3 nəfər ağır yaralanıb.

Yanğının klinikanın elektrik sistemində baş verən qısaqapanma və xəstəxana işçilərinin səhlənkarlığı nəticəsində baş verdiyi ehtimal edilir.

Humay Eminqızı

Oxşar xəbərlər