- 00:01
Türkiyənin Kocaeli şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelinin Sevindikli məhəlləsi yaxınlığında magistral yolda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə tibb, xilasetmə və jandarma qrupları cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırıblar.
Qəza ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı