- 09:26
Tibetdə Everest dağının şərq yamacında qar fırtınası səbəbindən köməksiz vəziyyətdə qalan yüzlərlə alpinist xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
4900 metr yüksəklikdə yerləşən əraziyə kənd sakinləri və xilasetmə qrupları göndərilib. Xilas edilən alpinistlər Qudanq şəhərinə aparılıb.
Rəsmilər həftə sonu davam edən güclü qar və leysan səbəbindən Everest Turizm Bölgəsinə giriş və bilet satışının dayandırıldığını açıqlayıb.
Bəzi alpinistlərin hipotermiya riski ilə üzləşdiyi bildirilib.
Qalan piyadaların da mərhələli şəkildə xilas edilərək Qudanq şəhərinə gətiriləcəy açıqlanıb.
Humay Eminqızı