Məzmuna keç

ABŞ-yə gedən təyyarədə nasazlıq yaranıb

Böyük Britaniyadan ABŞ-yə uçan təyyarə qəflətən istiqamətini dəyişərək hava limanına qayıdıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Paddle Your Own Kanoo” agentliyi məlumat yayıb.

Hadisə oktyabrın 5-də qeydə alınıb.

Londondan Bostona uçan təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra tüstü bürüyüb.

Sərnişinlərə təyyarədə yaranan nasazlıq barədə məlumat verilib.

Qeyd edək ki, təyyarədə 259 sərnişin olub.

Humay Eminqızı