- 09:26
Rusiyanın paytaxtı Moskvada naməlum şəxs insanlara bıçaqla hücum edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, 49 yaşlı sakin bir nəfəri çoxsaylı bıçaq zərbələri ilə ağır yaralayıb, digərinə isə yüngül xəsarətlər yetirib.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Humay Eminqızı