Məzmuna keç

Qəzzada ölənlərin sayı 67 min 160 nəfərə çatıb

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 21 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı son 24 saatda 96 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayı 67 min 160 nəfərə, yaralı sayı isə 169 min 679 nəfərə yüksəlib.

Humay Eminqızı