- 00:01
Türkiyənin Ankarada şəhərində lift qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Mamak rayonunda tikilməkdə olan 15 mərtəbəli binanın 12-ci mərtəbəsində yük lifti naməlum səbəbdən qırılıb.
Binanın 12-ci mərtəbəsindən yıxılan iki fəhlə ölüb.
Əraziyə dərhal tibbi yardım göndərilib.
Bələdiyyə qrupları tikinti işlərini dayandıraraq ərazidə təhlükəsizlik tədbirləri görüb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Humay Eminqızı