Türkiyənin 3 vilayətində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edilib


  • 6 Oktyabr 16:25

Türkiyənin 3 vilayətində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Ədirnə, Çanaqqala və Kırklareli vialyətlərində gözlənilən leysan yağışla əlaqədar "narıncı" və "sarı" kodla xəbərdarlıq edilib.

Meteorologiya Xidmətinin proqnozuna görə, axşam saatlarından başlayaraq bu bölgələrdə leysan xarakterli intensiv yağışlar yağacaq, şimşək çaxacaq.

Əhaliyə daşqınlar və digər potensial təhlükələrə qarşı diqqətli olmaq barədə çağırış edilib.

Humay Eminqızı

Oxşar xəbərlər