- 09:26
Yaponiyanın Gifu şəhərində ayı balası ispan turistə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Hadisə 5 oktyabr Şirakava-qo kəndində baş verib.
Belə ki, turist foto çəkdirərkən qəfildən kolların arasından sıçrayan ayı ona hücum edib. Daha sonra isə gözdən itib.
Nəticədə turist yüngül xəsarətlər alıb.
Hadisədən sonra əraziyə lisenziyalı ovçular göndərib.
Rəsmilər kənd sakinlərini və turistləri daha diqqətli olmağa çağırıb.
Humay Eminqızı