Məzmuna keç

ABŞ-də tibbi helikopter qəzaya uğrayıb, yaralılar var

ABŞ-nin Şərqi Sakramento şəhərində tibbi helikopter qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Sacramento Bee” məlumat yayıb.

Qəza 6 oktyabr yerli vaxtla saat 19:10 radələrində Howe prospekti yaxınlığında baş verib.

Məlumata görə helekopterdə 3 nəfər – pilot, tibb bacısı və feldşer olub.

Onların hər 3-ü ağr vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Humay Eminqızı