"Qəzzada gələn həftə ərzində atəşkəs əldə oluna bilər"


  • 7 Oktyabr 10:38

"Qəzza zolağında ilkin atəşkəs razılaşması gələn həftə ərzində əldə oluna bilər".

E-huquq.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Johann Wadephul məlumat verib.

"Ümid edirəm ki, biz ilkin razılaşmaya - yəni atəşkəsin əldə olunmasına, girovların azad olunmasına və Qəzza zolağına humanitar yardımın çatdırılmasına nail olacağıq. Bunu gələn həftə ərzində reallaşdıra biləcəyimizə inanıram", - nazir bildirib.

Onun sözlərinə görə, bütün girovların azad olunması üçün bir şans var.

Humay Eminqızı

Oxşar xəbərlər