Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Türkiyənin Mersin şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Mersinin Erdemli rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Humay Eminqızı