- 7 Oktyabr 23:52
Tatarıstanın Zelenodolsk vilayətində sərnişin qatarı ilə yük maşını toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hadisə günorta saatlarında Qorki dəmir yolunun 753-cü kilometrliyində, Sviyajsk stansiyası yaxınlığında baş verib.
Qəza nəticəsəndə ölən və yaralanan olmayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və dəmir yolu nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə araşdırma aparılır, hadisə yerinə baxış keçirilir.
Humay Eminqızı