- 7 Oktyabr 23:52
“Avropa İttifaqı (Aİ) və NATO ölkələri Kiyevi dinc nüvə obyektlərinə yeni hücumlara təşviq edir”.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, 23 sentyabr tarixində Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində “Zaporojye Atom Elektrik Stansiyası”nın (ZAES) yüksək gərginlikli elektrik ötürücü xətti zədələnib, bu da stansiyanın xarici enerji təchizatının kəsilməsinə səbəb olub.
“Kiyevin bu cür düşünülməmiş hərəkətlərini ört-basdır edən Aİ və NATO ölkələri Ukraynanı dinc nüvə obyektlərinə yeni hücumlara yalnız təşviq etmir, həm də bu hücumların birbaşa şəriklərinə çevrilirlər", - XİN rəsmisi bildirib.
O vurğulayıb ki, Kiyevə siyasi, maliyyə və hərbi dəstək olmadan belə təxribatlar mümkün olmazdı.
Humay Eminqızı